Rusiyanın Dağıstan Respublikasının Şamil rayonunda yerləşən uşaq düşərgəsində 50-dən çox uşaq zəhərlənib, onlar xəstəxanaya yerləşdiriliblər
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən uşaqların hamısı "Spartak" uşaq idman düşərgəsindən gətiriliblər.
Zəhərlənmənin səbəbi dəqiqləşdirilir.
Rospotrebnadzorun məlumatlarına görə, düşərgədə 200-dən çox uşaq istirahət edirmiş.
Digər xəbərlər
loading...