“Rusiya prezidenti Vladimir Putində heç bir məxfi milyardlar yoxdur”. Bu haqda VTB dövlət bankının prezidenti Andrey Kostin CNBC-yə müsahibəsində bildirib.
“Mən inanmıram ki, Putində iki milyard dollar var”, - Kostin vurğulayıb.
Bankın başçısı əlavə edib ki, Putin özünü tamamilə işə və Rusiyanı dəyişdirməyə həsr edib: “Düşünmürəm ki, milyardlar onun prioritetləri arasında hesab olunur… Heç kəs heç vaxt Putində nə milyard, nə də milyonlar görüb”.
Qeyd edək ki, Rusiya prezidentinin gizli sərvəti haqqında iddialar zaman-zaman gündəmə gəlir.
Hermitage Capital” investisiya fondunun rəhbəri Bill Brauder ötən il sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, Vladimir Putinin sərvəti təxminən 200 milyard dollar civarındadır.
Bu ilin iyulunda isə Rusiya prezidentinin 70 milyard dollar sərvəti olması barədə iddialar gündəmə gəldi.
Putinin sərvəti barədə şayiələr “Panama dosyesi”nin dərcindən sonra daha çoxalıb. Kostin aprel ayında “Bloomberg” agentliyinə müsahibəsində Rusiya prezidentinin Panama ofşor zonası ilə əlaqəsi haqqında iddiaları cəfəngiyat adlandırıb. Avqust ayında isə “Financial Times” qəzetinə bildirib ki, Putində milyardları axtarmaq faydasızdır, çünki o, özünü sadə həyata məhkum edib.(publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...