"Ərdoğanın danışmamasının səbəbi odur ki, Dağlıq Qarabağ danışıqları yerində sayır və qarşıduran tərəflər faktiki Rusiyanın təkbaşına vasitəçiliyini qəbul ediblər".
MilliYol.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə prezidentinin BMT-dəki çıxışını şərh edərkən deyib.
Elxan Şahinoğlu bildirib ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan BMT-də çıxış etdi:"Ərdoğan yüksək beynəlxalq tribunadan FETÖ-dan tutmuş Suriyadakı vəziyyətə qədər xeyli mövzuya toxundu, hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının 5 olmasının ədalətsiz olduğunu, sayın artırılması vacibliyini dedi. Ərdoğanın çıxışında iki məqam diqqətimi çəkdi. Birincisi, Türkiyə Cumhurbaşqanı Azərbaycanın işğal altındakı torpaqlar və Dağlıq Qarabağ mövzusunu bir cümlə ilə xatırladı: “Kafkasyadaki ihtilafların sıcak çatışmaya dönüşme riski mevcut”. Buna rəğmən, Ərdoğan çıxışında Fələstin mövzusuna bir başlıq ayırdı".
Politoloq qeyd edib ki, Ərdoğanı qınamaqdan uzağam:"Türkiyə Cumhurbaşqanı Qarabağdan neçə-neçə mötəbər məclisdə danışıb. Görünür, bu dəfə danışmamasının səbəbi odur ki, Dağlıq Qarabağ danışıqları yerində sayır və qarşıduran tərəflər faktiki Rusiyanın təkbaşına vasitəçiliyini qəbul ediblər. Belə olan halda Ərdoğan mövzu barədə bir cümlə ilə kifayətlənməyi üstünlük verib. Halbuki, bəlkə də çoxlarımız Ərdoğandan gözləyirdik ki, o Nyu-Yorkda “Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir?” sualını gündəmə gətirsin. Gözləntilərimiz çoxdur, irəriləyiş isə yoxdur. Onsuz da başda BMT olmaqla digər beynəlxalq təşkilatlar səslənən suala illərdir biganədirlər".
MilliYol.Az
Digər xəbərlər
loading...