Türkiyədə 15 iyul 2016-cı il çevrilişə cəhdindən sonra FETÖ lideri Fətullah Güləni ekstradisiya etməyən və Türkiyədəki FETÖ üzvü rahib Brunsonun sərbəst buraxılmaması səbəbindən dollar üzərindən Türkiyəyə təzyiq göstərən ABŞ-a İsraildən dəstək gəlib
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə yayımlanan "İ24 News" telekanalından Trampa skandal Gülən təklifi edilib.
Pensilvaniyanın ən böyük şəhəri olan Filadelfiyadan canlı yayıma qoşulan və aparıcı Tal Heynriçin suallarını cavablandıran jurnalist Qreq Roman ABŞ-ın tətbiq etdiyi sanksiyaların yetərli olmadığını, bununla yanaşı Fətullah Gülənin də "Ağ Ev"də qəbul edilməsinin vacibliyini vurğulayıb:
"Tramp Türkiyənin cənub-şərqindəki kürd liderlərini "Ağ Ev"də qonaqlamalıdır. Bununla yanaşı Türkiyədəki hərbi qüvvələri ölkədən çıxararaq Bolqarıstan, Şimali İraq və Yunanıstana yerləşdirməlidir. Və son olaraq da Tramp Türkiyənin 15 iyul çevrilişlərində ittiham etdiyi Fətullah Gülən ilə üzbəüz görüşməlidir. Atdığı addımlarla qürur duyuram", - deyə jurnalist bildirib.
Digər xəbərlər
loading...