Göyçay rayon sakini özünü öldürüb
“Report”un Şirvan bürosunun məlumatına görə, Göyçay şəhər sakini, 1973-cü il təvəllüdlü Atəş Qədəm oğlu Səlimov yaşadığı evdə bıçaqla öz boğazını kəsib.
O, evində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirdiyi üçün ölüb. Hadisə zamanı onun sərxoş olduğu bildirilir. A.Səlimov rayonda tanınmış dərzi olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.
Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...