"Azərbaycanda turistlər üçün yeni növ məlumat köşklərinin yaradılması nəzərdə tutulub"
Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, hələlik yeni köşklərin Bakıda yaradılması planlaşdırılır: "Nəzərdə tutulur ki, paytaxtda beynəlxalq hava limanında, dəmir yolu vağzalında, avtobus vağzalında, eləcə də şəhərin bir neçə yerində məlumat köşkləri yaradılsın. Artıq bununla bağlı məsləhətləşmələr aparılıb, layihələr var".
K.Quluzadə qeyd edib ki, bu köşklərin turistlər üçün məlumat əldə etməkdən başqa digər bir üstünlüyü də olacaq:
"Burada turistlər müxtəlif məlumatlar və xəritələr əldə etməklə yanaşı valyuta mübadiləsini də həyata keçirə biləcəklər. Yeni köşklərin yaradılması bu turistlərin valyuta mübadiləsi ilə bağlı problemlərinin aradan qaldırılmasına dəstək olacaq".
Digər xəbərlər
loading...