Kanadanın General-Qubernatoru Devid Conston Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə qeyd edilir:
Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd etməyiniz münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən xoş arzularımı çatdırıram.
Kanada Azərbaycanla əlaqələrinə böyük dəyər verir. Beynəlxalq sabitlik və ikitərəfli iqtisadi əlaqələr kimi qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığımız investisiya, ticarət və inkişafla əlaqədar mövcud olan bir çox imkanlar vasitəsilə gücləndirilmişdir.
Kanada Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın sülhməramlı fəaliyyətə töhfəsini və 2017-ci ilin dekabr ayında Bakı şəhərində “Asiyanın Ürəyi – İstanbul Prosesi” konfransına ev sahibliyi etməsini alqışlayır. Bu ikitərəfli mübadilələr ölkələrimizin inkişafını və rifahını təmin edəcəkdir.
Respublika Günü münasibətilə təbriklərimi, Sizin və vətəndaşlarınızın firavan gələcəyi naminə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.
Digər xəbərlər
loading...