"Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı altında bir qrup deputatla görüşündə dedi ki, iki ölkənin parlamentariləri arasında mövcud münasibətlər daha sıx olmalı, imzalanan sənədlərin qüvvəyə minməsi və operativ reallaşması üçün təmaslar yaxınlaşmalıdır"
"Prezident çıxışında Azərbaycanın yüksək səviyyədə inkişafından danışdı və bildirdi ki, sonuncu səfəri ilə indiki arasında müddətdə ölkəmiz sürətlə dəyişib və dinamik şəkildə inkişaf edib. Cənab Rəhmon bu inkişafın Tacikistanı sevindirdiyini söylədi".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Azər Badamov qeyd edib ki, Tacikistan prezidenti Azərbaycan millət vəkilləri ilə işçi görüşdə iki ölkə deputatlarının Azərbaycanla Tacikistan arasında əlaqələrin daha da yaxınlaşması və dərinləşməsinə kömək etməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Tacikistan prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı yüksək dostluq münasibətlərinin göstəricisidir: "Azərbaycanla Tacikistanın əməkdaşlıq etməsi üçün böyük imkanlar var. Qarşılıqlı səfərlərin intensivləşməsi ölkələrimizin iqtisadiyyatlarının inkişafına və dost münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək. Hesab edirəm ki, Emoməli Rəhmonun səfəri Azərbaycanla Tacikistan arasında açılacaq yeni bir səhifə olacaq".
Deputat iki ölkənin oxşar tale yaşadığını xatırladıb: "1990-cı illər Azərbaycanda durğunluq dövrü idi, 1991-ci ildən sonra müstəqilliyimiz təhlükə altına düşmüşdü, ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda sabitlik yaranmış, tərəqqiyə doğru addımlar atılmışdı. Eynilə Tacikistanda da müstəqilliyin ilk illərində 1991-ci ildən sonra ölkədə 5 il ərzində vətəndaş müharibəsi baş vermişdi. Məhz Rəhmonun hakimiyyətə gəlişindən sonra orada stabillik yaranmışdı. Ölkələr arasında bənzərlik də bizi yaxınlaşdırır".
Digər xəbərlər
loading...