“İlk dəfə yeni bir sistem dəyişikliyi sonrası yeni bir Türkiyə naminə davam etməyimiz üçün yeni bir proses başladı”
Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib. Albayrak bildirib ki, hazırda yeni bir sistemdədirlər.
"Və iqtisadiyyatımız yeni sistemlə birlikdə yeni bir səviyyəyə çıxacaq. Türkiyənin orta gəlir qrupundan iri gəlir qrupuna və çıxması üçün neçə bir yol xəritəsi çəkməyimiz istiqamətində iclaslar keçirdik. Yeni dövr Türkiyənin bütün qurumları ilə bütün detallı strategiyalarıyla hədəflərinə doğri irəlilədiyi bir dövr olacaq”.
Albayrak deyib ki, yeni qurulan bu nazirlik, həm pul, həm maliyyə siyasətlərinin tək bir əldə birləşməsilə çox təsirli bir nazirlik olacaq.
“Qısa, çox qısa, orta və uzun müddətli iqtisadi siyasətimizi həyata keçirərkən necə bir trayektoriya ilə hərəkət edəcəyimizi sizinlə paylaşacağıq”.
O bildirib ki, spekulasiyaların iqtisadiyyata təsir etməsinə icazə verməyəcəklər.
“İlk gəldiyimiz gündən bəri pul siyasətinin sərbəstliyi mövzusunda Mərkəzi Bankın özəlində çox həssasıq. Mümkün olduğu qədər bu məsələ ilə bağlı danışmamağa cəhd etdik, hətta heç danışmadıq. Özəlliklə pul siyasətlərinin tam müstəqilliyi mövzusu prinsip olaraq bundan sonra da davam edəcək. İqtisadiyyatı sabit saxlamaq üçün ilk olaraq inflyasiya ilə mübarizə aparacağıq”.
Qeyd edək ki, Türkiyə lirəsi dollar qarşısında kəskin ucuzlaşıb.
Digər xəbərlər
loading...