ABŞ prezidenti Donald Tramp Türkiyədən gətirilən alüminium və polada görə rüsumların iki dəfə artırılaraq müvafiq olaraq 20% və 50% dərəcəsində olması ilə bağlı sanksiya tətbiq edib
Bu barədə o, "Twitter" hesabında yazıb.
"Türk lirəsinin bizim çox güclü dollara münasibətdə kəskin aşağı düşdüyü məqamda Türkiyədən gətirilən polad və alüminiuma görə rüsumların iki dəfə artırılması ilə bağlı sanksiya tətbiq etdim! İndi alüminiuma görə rüsum 20%, polada görə isə 50% təşkil edir. Hazırda Türkiyə ilə münasibətlərimiz yaxşı deyil!", - D.Tramp yazıb.
Qeyd edək ki, daha əvvəl ABŞ amerikalı pastor Endryu Bransonun işi ilə bağlı Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq edib. Onlara ABŞ-a daxil olmaq qadağan edilib, ABŞ-dakı aktivləri isə dondurulub. (report.az)
Digər xəbərlər
loading...