Sentyabrın 6-8-də Türkiyənin Safranbolu şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə növbəti dəfə Beynəlxalq “Qızıl zəfəran” film festivalı keçiriləcək
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi tanınmış prodüser və rejissor Nadir Maçanov təmsil edəcək. O, festivalın münsiflər heyətində yer alıb.
Safranbolu şəhərinin bələdiyyə sədrinin müavini Fatih Ürkmezer deyib: “Safranbolu şəhəri özünü sənətlə, mədəniyyətlə tanıtmaq yolunu seçdi. Safranbolu, Osmanlıdan günümüzə özünü qoruyub saxlaya bilmiş, mədəniyyətini gələcək nəsillərə və şəhərimizi ziyarət edən yerli və xarici qonaqlara keçmişdən aldığı kimi əks etdirməyi bacarmış ölkəmizin ən önəmli cazibə mərkəzlərindən biridir. “Qızıl zəfəran” film festivalı yenidən bir çox sənədli film və foto ustasını, özünü sənətə həsr etmiş ünlü sənətkarları bir araya gətirəcək. Yenə də, hər il təşkil olunan sənədli film və fotoşəkil müsabiqəsi ilə çoxlu sənətsevər mükafatlandırılacaq. Müsabiqəyə qatılacaq sənətsevərlərə indidən uğurlar arzulayıram”.
Festivalda ekran əsərlərini müsabiqənin münsiflər heyətində yer almış rejissor Hilal Saral, ssenarist və rejissor Biket Elxan, aktyor Murad Şöhrətli, azərbaycanlı prodüser və rejissor Nadir Maçanov qiymətləndirəcəklər.
MilliYol.Az
Digər xəbərlər
loading...