Şimali Koreya lideri Kim Çen In son bir ildə Qərbin gözündə özünü “yaxşı oğlan” kimi aparır. O, Cənubi Koreyanın lideri Mun Çje Inla qucaqlaşır, Donald Trampın əlini sıxır, Rusiya xarici işlər naziri ilə görüşdə ətrafa gülüşlər saçır
Məqsəd isə bəllidir, necə olursa-olsun, ölkəni sanksiyalardan qurtrmaq. 2017-ci ildən bu yana Pxenyan olduqca məhdud miqdarda neft, təbii qaz və neft emalı məhsullarını ala bilir. Burada isə Moskva ənənəvi dostunun köməyinə ənənəvi üsullarla çatıb.
Almaniyanın “Huffington Post Deutschland” saytının yazarı Marko Fiber Şimali Koreyanın neft ehtiyaclarının əsaəsn Çin tərəfindən qarşılandığını düşünüldüyünü, lakin bunun əslində belə olmadığını yazır.
Cənubi Koreyanın “Asan” siyasi araşdırmalar institutunun təhqiqatına görə, Kim rejimi nefti əsasən Rusiyadan alır və bu rəsmi statistikaya daxil edilmir.
“Asan”ın təsbitlərinə görə, 2015-2017-ci illər ərzində Rusiyadan Şimali Koreyaya 238 milyon dollar məbləğində, 4,4 milyon barrel neft ötürülüb. Bu, Şimali Koreyanın ümumi neft idxalının üçdə birinə bərabərdir.
Rusiyanın ABŞ-ın sanksiyalarından yayınmaq üçün qeyri-qanuni ticarət şəbəkəsi qurduğu ortaya çıxıb. Belə ki, iki ölkə sərhədində Xasan adlı bir qəsəbə yerləşir. Bu qəsəbə Şimali Koreyanın Racin qəsəbəsi ilə dəmir yol əlaqəsinə malikdir. ABŞ sanksiyaları dəmir yolunun bu hissəsinə yayılmır.
Cənubi Koreya ekspertləri dəmir yol rabitəsinin ancaq qaçaqmal ticarətinə xidmət etdiyini təkidlə qeyd edirlər.
“Asan” institutunun mütəxəssislərinin rəyinə əsasən Rusiyanın guya Çin üçün nəzərdə tutduğu neft əslində Şimali Koreyaya göndərilir. Tədarükdə iştirak edən müəssisəsələr neftin tranzaksiyasını maskalamaq üçün onu yolda dəyişdirirlər.
Buna görə Rusiya tərəfi minlərlə şimali koreyalı fəhləyə işləmək üçün lisenziya verib.
“Sülh və münaqişələrin araşdırılması üzrə Hensen Fondu”nun Şimali Koreya üzrə eksperti Hans Yoahim Şmidtin dediyinə görə, iki ölkə arasında daima çoxşaxəli münasibətlər hökm sürüb. Məsələn, Şimali Koreya və SSRİ arasında 1961-ci ildə bağlanmış müqaviləyə 2000-ci ildə yenidən baxılıb.
İqtisadi sahəyə gəlincə isə, təkcə 2017-ci ilin ilk rübündə dövlətlərarası ticarət həcmi, Rusiya neftin tədarükü məsələsində Çini əvəzlədiyi üçün 85% artıb.
MilliYol.Az
Digər xəbərlər
loading...