Bakıda 13 yaşlı uşaq hasardan yıxılaraq ölüb
Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.
Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, döngə 4, ev 316-da yaşayan, 2005-ci il təvəllüdlü Rəhimov Ayaz Həsənbala oğlu həmin küçədə yerləşən evlərdən birinin hasarından yıxılıb.
Uşaq hadisə nəticəsində daxili orqanlarının zədələnməsindən dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...