Bakıda “Dəniz Kuboku-2018” yarışlarının başa çatması ilə bağlı mətbuat konfransı keçirilib
Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələri komandanının I müavini Sübhan Bəkirov bildirib ki, bu yarış çox gərgin və yüksək səviyyədə keçirilib: “Deyə bilərəm ki, yarış iştirakçıları kütləvi tədbirlərdən tam istifadə etdilər. Onlar həmçinin şəhərimizin tarixi, mədəniyyəti ilə yaxın tanış oldular və ekipajla gəmi heyətləri bu yarışlarda bilmədikləri texnikaların, silahların, döyüş hazırlığı planlarının bir-birinə ötürülməsi, öyrənilməsindən bəhrələndilər. Hesab edirəm ki, bundan sonra da keçirilən yarışlarda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri ancaq dostluq, texnikaların, gəmilərin döyüş hazırlığının sirlərinin öyrənilməsinə çalışacaq”.
S.Bəkirov qeyd edib ki, bundan sonra bütün gəmi ekipajları qarşıda qoyulan bütün döyüş tapşırıqlarına həmişə hazır olacaqlar və Xəzər dənizinə heç bir hərbi müdaxiləyə imkan verməyəcəklər: “Bu yarışda dostluq qalib gəldi”.
Tədbirdə çıxış edən digər yarış iştirakçıları da yarışın yüksək səviyyədə təşkil edildiyini və tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.
MilliYol.Az
Digər xəbərlər
loading...