Şamaxıdakı yanğına görə iki nəfər saxlanılıb
DİN-dən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.
Qeyd edək ki, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.
Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...