Bu günlərdə ölkə daxilində girişi bloklanan “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına da qadağa qoyulub
“AzPolitika.info”nun məlumatına görə, bu barədə P.Həşimli özü “Facebook”da məlumat verib.
“Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandi. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirım. Bildirirəm ki, qarşıma qoyulan 10 yazinin 5-i Baş Prokurorluga istinadən gedən yazilar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir.
Butün bunlar azmış kimi ölkədən çıxışıma stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar.
Şahid qismində dindirildiyimi nəzərə alsaq, o zaman bu hərəkəti qanunsuz hesab edirəm” – P.Həşimli yazır.
MilliYol.Az
Digər xəbərlər
loading...