Azərbaycanda böyük kredit aminitiyası gözlənilr. 10 min dollara qədər kredit borcu olanların borcları indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 qəpik) ilə hesablanacaq. Bu 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək. Bu barədə istiqlal.az-a bank sektorundakı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, bu həftə bununla bağlı prezident sərəncamı veriləcək: "Bununla bağlı layihə artıq hazırdır. Layihə Maliyyə Bazarlarına Nəzarət Palatası və prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi işçi qrupla birgə hazırlanıb. Layihədə dollar kreditlərinə güzəşt müqabilində banklara dövlət təzminatının mexanizmi də əksini tapıb".
Mənbə bildirir ki, 10 minədək olan dollar kreditlərinin kompensasiyası belə olacaq: "Dollarla borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq. 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacibdir. Hesablamalara görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində Mərkəzi Bank tərəfindən əldə olunmuş həmin 5 milyard manatın bir hissəsi çıxış edəcək".
Mənbə bildirir ki, hazırda layihə üzərində son dəqiqləşmələr aparılır: "Ola bilsin ki, dollar krediti olanlara daha çox güzəştlər nəzərdə tutulsun".
İstiqlal.az xatırladır ki, bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.5 milyard manatı aşır (Beynəlxalq Bankın kreditlərini çıxmaq şərti ilə). Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür.
MilliYol.Az
Digər xəbərlər
loading...