Yəmənin Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində azı 29 uşaq həlak olub, 30 uşaq isə yaralanıb
"Ria Novosti"-nin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bəyanatında həlak olan uşaqların yaşlarının 15-dən az olduğu bildirilir.
Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi Yusif əl-Haderi “Twitter” səhifəsində Saada şəhərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilməsi nəticəsində 40-dan artıq insanın öldüyünü, 60 nəfərdən çoxunun isə yaralandığını yazıb.
Qeyd edək ki, ərəb koalisiyası isə öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib. (azvision.az)
Digər xəbərlər
loading...