Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 58 yaşlı Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Virtualaz.org-un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Tahir Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin işi araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarılması və Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı T.Əhmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin işi araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarılmasını və Daxili İşlər Nazirliyinə göndərilməsini məhkəmədən xahiş etmişdi. T.Əhmədov isə qardaşını vurmadığını, hadisə günü sərxoş olduqlarını, kabab bişirən zaman qardaşının yıxıldığını, şişin onun qarnına batdığını deyib.
Məhkəmədə ifadə verən zərərçəkmiş Cabir Əhmədov da yıxılaraq xəsarət aldığını, qardaşından şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, hadisə 2015-ci ildə Şabranda baş verib. T.Əhmədovun
aralarında yaranmış mübahisə zəminində qardaşı C.Əhmədovu bıçaqla vurduğu bildirilir. Onun barəsində cinayət işi açılıb. İş məhkəməyə göndərilsə də ev dustaqlığında olan T.Əhmədov məhkəməyə gəlməyib. Bundan sonra onun barəsində axtarış elan edilib və həbs olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...