Bloger Mehman Hüseynov cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb
“Report”un xəbərinə görə, ona anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etmək üçün verilən icazənin müddəti başa çatıb.
M.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıb.
Xatırladaq ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-də vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.
Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.
Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...