Andrey Nikolayev
rosbalt.ru, 08.08.2018
Rusiya NATO-nun Gürcüstanda keçirilən təlimlərində özü üçün təhlükə görür. Amma bu zaman özü Abxaziyada hərbi təlimlər keçirir. Kim kimdən daha çox qorxur və xoflanmaq üçün səbəblər varmı?
Ermənistanın alyansın “tədbirinə” qatılması Moskvanı özəl rahatsız edir.
Gürcüstan 08.08.08 savaşının onuncu ildönümündə öz ərazisində NATO-nun ikihəftəlik “Layiqli tərəfdaş – 2018” çoxmillətli hərbi təlimlərini keçirir. Burada, əlbəttə, alyans dövlətləri daxil olmaqla 13 ölkədən 3 min hərbçi iştirak edir. Ən önəmli kontingent Amerikanındır: demək olar, 1200 cəngavər. Amma Rusiya üçün ən xoşagəlməzi budur ki, Cənubi Qafqazın, məlum olduğu kimi, bu hərbi bloka üzv olmayan üç respublikasının üçü də manevrlərə qoşulub. Söhbət Gürcüstandan savayı RF ilə yanaşı Kollektivv Təhlükəsizlik haqda Müqavilə Təşkilatında olan Ermənistandan və KTMT daxil olmaqla heç bir hərbi bloka qatılmayan Azərbaycandan gedir.
Özü də Rusiya Azərbaycanın NATO ilə təmasa “cürət etdiyinə” vərdiş edib – daha dəqiqi, onun üçün xoşagəlməz bu durumla barışıb. Amma budur, Ermənistanın “cürət etməyi” artıq “təhlükəli həyasızlıqdır”. Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarovanın bildirdiyi kimi, Moskva Tiflisin bəyanatıyla razı deyil ki, NATO-nun birgə təlimləri Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyə yardım üçün nəzərdə tutulub. Onun fikrincə, sabitlik və təhükəsizlik “helikopter və tanklar deyil, konstruktiv dialoqdur”.
Rusiya XİN RF-nin özünə, Abxaziyaya və Cənubi Osetiyaya güc təzyiqini proyeksiya etməyi manevrlərin gerçək vəzifəsi, onun gerçək nəticələrini isə “davakar əhvali-ruhiyyənin qızıdırılması, gərginliyin qaçılmaz eskalasiyasını” sayır. Moskvanın baxış sahəsindən bu fakt da düşməyib ki, “Gürcüstanla qonşu ölkələr müxtəlif bəhanələr altında bu təlimlərə cəlb edilmiş görünüb”.
Qeyd edək ki, NATO təlimlərinə Amerika və Almaniyanınkı daxil olmaqla 450 vahid hərbi texnika qoşulub. Rəsmi məlumatlara görə, bunlar “Strayker” zirehli maşınları, piyadanın “Bredli” döyüş maşını, “Abrams” tankları, AN-64 Apache (Apaç) döyüş helikopterləri və UN-60 Black Hawk (“Qara qırğı”)-dır.
Düzdür, Rusiyanın özü indi Abxaziyada əhatəli təlimər keçirir və əlbəttə, bunda başqa dövlətlərə təhlükə görmür. Həm də bu, qismən tanınmış respublikaların ərazisini deyil, Kuban və Krımı da əhatə edir. Təlimlərin ssenarisinə əsasən, Cənub Hərbi Dairəsi (CHD) tankçıları Abxaziyada dənizdən desant çıxarmağı və Rusiya hərbi bazasının poliqonlar bölgəsində dəniz sahilini ələ keçirməyi göstərir. Təlimlərdə 2,5 min hərbçi, 600 vahiddən çox silah və döyüş texnikası hərəkətlənib. Tərəflər – Rusiya, Gürcüstan, NATO niyə öz hərbi imkanlarını bir-birinə bu qədər sərgiləməyə can atır? Ehtimal ki, Kremlin bu dəfəki şövqü NATO-nun bu yaxınlardakı sammitilə şərtlənir – burada Gürcüstana növbəti dəfə təsdiqləyiblər ki, alyansın qapıları onun üçün açıqdır. Lakin üzvlük üçün ona bu qapıların astanasından keçmək gərəkdir, amma onu hələlik qapı oyuğuna dayaq olmaq rolunda saxlayıblar. Ehtimal ki, Moskva Gürcüstan üçün bu “atlant” rolununn dəyişilə biləcəyindən əndişələnir.
RF baş naziri Dmitri Medvedyev “Коммерсантъ”-a müsahibədə təsadüfən təsdiqləməyib ki, NATO-nun genişləndirilməsi Rusiya Federasiyasına “qəti meydanoxuma və təhdiddir”. “Nisbətən bu yaxınlarda, – o deyib, – növbəti qərar qəbul olunub ki, Gürcüstanı gözləyirlər və Şimali Atlantika alyansına qəbul edəcəklər… Bu, tamamilə məsuliyyətsiz mövqedir, sadəcə, sülhə təhdiddir. … Bu, potensial münaqişəyə səbəb ola bilər, çünki Abxaziya və Cənubi Osetiya bizim üçün hərbi bazalarımızın yerləşdiyi müstəqil dövlətlərdir”. Ümumiyyətlə, “başqa bir ölkə buralara öz ərazisi kimi yanaşırsa, onda bu, çox ağır nəticələrə səbəb ola bilər”. Medvedyev deyib ki, buna görə də “çox ümid edirəm ki, bu yöndə heç nəyə girişməmək üçün hər halda NATO rəhbərliyində düşüncə bəs edər”.
Bəs Gürcüstan alyansa daxil olmaq üçün (ən son və çətin ki, mümkün halda) Abxaziya və CO-dan (Cənubi Osetiya-red.) imtina edərsə, Rusiya onu “ağır nəticələrlə” qorxutmağa başlarmı? Əlbəttə, başlar, çünki onun vəzifəsi NATO-nun bütünlükdə Cənubi Qafqazda artan fəallığına yol verməməkdir və burada məsələ heç də məhəlli Gürcüstan-Abxaziya və Gürcüstan-Osetiya münasibətlərində deyil. Cənubi Qafqaz həm Rusiya, həm də Qərb üçün eyni dərəcədə önəmlidir, çünki hər iki oyunçu onun üzərindən təkcə bir-birinə deyil, həm də İran, Türkiyə, Yaxın Şərqin başqa dövlətləri, habelə Mərkəzi Asiyaya təhlükə yaradar, enerji daşıyıcıları və hələ başqa çox şeylərin tədarükünə nəzarət edə bilər. Ümumiyyətlə, Rusiya sözlə, həmçinin Abxaziya və Cənubi Osetiyada əhatəli təlimlərlə xəbərdarlıq edir – NATO-ya yaxınlaşmaq lazım deyil. Amma yaxınlaşma alyansa girmədən də baş verə bilər: Gürcüstanı qəbul etməyə daimi vədlər, amma Rusiya amili üzündən (onunla vuruşmağa kimin həvəsi var?) bu yöndə gerçək addımların olmaması Moskva üçün “qara” işi görür – NATO-nun bölgə nüfuzunun güclənməsinə paralel olaraq Cənubi Qafqazdakı nüfuzunun qabağını alır. Əvvəllər Gürcüstanın Vaziani hərbi bazasında Rusiya hərbçiləri mənzillənmişdi – indi orada NATO-çular qan-tər içində məşq edirlər. Respublikada ABŞ-ın hərbi təlimatçıları da çalışır və gizlənmədən Poti limanının infrastruktur imkanlarını öyrənirlər. Ölkədə habelə xaricilər, əsasən Amerika mütəxəssisləri tərəfindən hərbçilərin hazırlanması üçün hərbi hazırlıq mərkəzləri işləyir.
Moskvanın məntiqinə görə, bəs bu mərkəzlər gözəl günlərin birində xarakterik atributikayla Amerika hərbi bazalarına çevrilsə, nə olacaq? Axı Gürcüstan sirrə çevirmir ki, öz ordusunu NATO standartlarına uyğun hazırlayır, Amerikadan tank əleyhinə “Cavelin” raket kompleksləri alıb və bununla kifayətlənməyə hazırlaşmır.
Əlbəttə, bütün bunlar “şübhəlidir”. On il qabaq da “şübhəliydi” – o zaman beşgünlük savaş buna görə qopmadımı? Nə etməli, Rusiya onun “yubileyi” ərəfəsində Gürcüstana yenidən xəbərdarlıq edir. Bununla belə, Gürcüstanı hələlik müxtəlif bəhanələrlə NATO-ya götürmədikləri bir vaxtda onun NATO-ya girməyinin yolverilməzliyi haqda elə hey vird edən Moskvanın sadəlövhlüyünə inanmaq çətindir, amma, ehtimal ki, respublika bir çox bəndlər üzrə bu cür “mərhəmətə” layiqdir. Ancaq, gördüyümüz kimi, bunların icrası və artıqlamasilə icrası alyansa girməyə zəmanət olmayıb.
İndiki gündə Gürüstanın NATO-ya qəbulunun qeyri-müəyyən perspektivdə yalnız “bəzi ehtimalı” var. Axı ölkə üzvlük üzrə hələ fəaliyyət Planı əldə etməli olacaq – bu, adıyaman MAP-dır, əlbəttə, alyansın siyasi iradəsi olarsa, bundan yan keçmək mümkündür. Düzdür, bir əngəl də var: NATO-nun baza prinsipləri arasında ərazi mübahisələri olan dövləti bloka qəbul etməkdən imtinanın adı keçir. Amma burada da alyansın siyasi iradəsinə güvənmək olardı. Ancaq bu yoxdur və Moskva bunu görməyə bilməz.
Amma burası da var ki, onu hövsələdən çıxartmaq üçün Ermənistana “axmaq örnək” verən Gürüstanın artıq NATO ilə açıq “dostluğu” yetərlidir. Və deməli, həm bu, həm də o biri respublikanı (Azərbaycana ən yaxşısı ilişməməkdir) “açıq” cəzalandırmaq lazımdır. Bircə sezmək qalır ki, “qüvvələr balansı”nı saxlamaq üçün önləyici qaydada Tiflis və İrəvana hansı çubuqlama cəzası hazırlayıblar .
Ehtimal ki, Cənubi Qafqazda Rusiya və NATO-nun “güzgü” təlimlərinin davamı olacaq – bu, artıq çoxseriyalı olub, təkcə “mövsümlər” dəyişilir. Qaldı ki Gürcüstan-Rusiya münasibətlərinə, buna ən yaxşı halda gerçək mülayimləşməsiz bəzi mülayimləşməyə dövri eyhamlarla soyuq qarşıdurma hazırlanıb. Ən pis halda qaynar mərhələlərlə şaxtadan boya çəkmək. Amma tərəfələrin xofu çox da böyük olmadığından (Gürcüstan heç kimə hücum etmir, NATO isə heç kimi müdafiə etmir), bunu hər halda gözünün odunu almaqla becərmək gərəkdir. Qaynama dərəcəsinə çatan olduqca qaynar mərhələ, çətin ki, görünsün.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...