Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova ilə əməkdar artist Röya Ayxan arasında qalmaqal yaşanıb
Axşam.az-ın məlumatına görə, Xəlilovanın Röyanın yeni işıq üzü görən "Mənə sevgindən bəhs et" mahnısını plagiat adlandırması qarşı tərəfi özündən çıxarıb. Məsələ ilə bağlı prodüser Tarix Əliyev "Hər şey daxil" verilişində mövzu qoyub.
Buna əsəbiləşən Elnarə Tolikin və Röyanın ünvanına sərt sözlər deyib. Tolikin də müğənniyə cavabı gecikməyib. O, E.Xəlilovanı paxıl adlandırıb:
“Bəlkə də bunu paylaşmayacaqdım. Amma Elnarə Xəlilova, sənin paylaşımından sonra yazıram ki, əmin olasan. Kinli, paxıl insanlar heç vaxt qabağa getmir. Bu gün veriliş aparıramsa və Röya ilə dostamsa, o demək deyil ki, proqramda kiminsə sifarişi ilə mövzu qoyulur. Allaha and içirəm ki, Röya ilə mövzu haqda danışmamışam. Sən bizim haqqımıza girdin. Sənin paylaşımından sonra bu mövzu aktual oldu, ona görə də biz verilişdə müzakirə etdik.
Sənin pis xasiyətin var ki, illərdir ürəyində gizlətdiyin fanatlığını indi üzə çıxarırsan. Vaxt var idi ki, klubda çalışanda Aygün Kazımova ora gəlirdi, ona çay, kofe verirdim. Həyat elə gətirdi ki, prodüseri də oldum, verilişimə qonaq da gəldi. Həyat belədir.
Röya sənin paltarını geyinə bilər, amma gör necə oldu. Üç nəfərin içində ali savadı olmasa da, sizdən zəif və kasıb olsa da, bu gün çoxlarından yuxarıdadır, dediyin kimi əməkdarların əməkdarıdır. Çünki bu adı illərlə əziyyət çəkərək, konsertlər verərək, evi, bağı olmalı vaxtda pulunu sənətə tökərək etdi. Röya bəziləri kimi sevgili sözü ilə sənəti atıb, kefə qaçmadı, sevgilinin yerinə sənəti seçdi.
Bu gün plagiat da oxusa, milyonların sevimlisidir. Mənim də ali təhsilim yoxdur. Ancaq bir çox savadlı aparıcılardan yaxşı mövzu qoyub, veriliş aparıram”.
MilliYol.Az
Digər xəbərlər
loading...