Gürcüstanın Rustavi şəhər məhkəməsi İran vətəndaşını 17 il azadlıqdan məhrum edib
Bu barədə Gürcüstan Baş Prokurorluğunun saytı məlumat yayıb.
Xəbərdə bildirilib ki, həmin şəxs cari ilin fevral ayında Gürcüstana səfər edib. Polis onu Tbilisinin beynəlxalq hava limanında saxlayıb. Onun üzərində 168 qram heroin aşkarlanıb. Hüquq mühafizə orqanları İran vətəndaşının narkotik maddəni ölkəsindən Gürcüstana gətirdiyini müəyyənləşdiriblər.
O, Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz istehsalı, əldə edilməsi, alveri, daşınması üzrə uyğun maddələri ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Həmin maddələr üzrə mühakimə edilənlər 8 ildən 17 ilədək, yaxud ömürlük azadlıqdan məhrum olunurlar.
Digər xəbərlər
loading...