Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bəyan edib ki, Türkiyə ABŞ sanksiyalarına baxmayaraq, İran qazını almağı davam edəcək
Xəbəri RİA Novosti yayıb.
“Bizim üçün enerji təhlükəsizliyi vacibdir, İranla qaz müqaviləmiz var, onun müddəti 2026-cı ilədəkdir. Bu müqaviləyə əsasən, biz ildə 9,5 milyard kubmetr qaz alırıq. Vətəndaşlarımızı enerjisiz və soyuqda saxlamaq niyyətimiz olmadığı üçün müqavilənin icrası davam edəcək”, - Dönməz deyib.
O əlavə edib ki, ABŞ-ın İrana qarşı sanksiya qərarı birtərəflidir.
MilliYol.Az
Digər xəbərlər
loading...