Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" Peşəkar Futbol Liqasına (PFL) müraciət edib
Virtualaz.org-un məlumatına görə, "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinin BATE ilə avqustun 14-də keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 1-ci turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib.
"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL 1-ci turun təqvimində dəyişikliklə bağlı qərar qəbul edib.
Qərara əsasən, Topaz Premyer Liqasının 1-ci turunun "Qarabağ" - "Zirə" matçı 10 avqust tarixindən 26 sentyabr tarixinə keçirilib.
Qeyd edək ki, "Qarabağ" Bakıda dünən keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olub.
MilliYol.Az
Digər xəbərlər
loading...