Cozef Nay
“Project Sydicate”
“Vaşinqton Post”un məlumatına görə, bu ilin 1 iyununa qədər ABŞ prezidenti Donald Tramp 3.259 yalan və ya şübhəli açıqlama verib. İlk 100 gündə və may ayı ilə müqayisədə (4.9) orta hesabla gündəlik 6.5-dən çox saxta iddia və ya bəyanat. Tramp üçün rekord göstərici.
Onun tərəfdarları “bütün siyasətçilərin yalançı olduğunu” əsas gətirərək prezidentin davranışına haqq qazandırırlar. Həqiqətən də, onlar bunu deyirlər və bu, bizi bütün insanların yalançı olması fikrini qəbul etməyə vadar edir.
Ancaq yalanın miqdarı və növləri fərqlidir.
Yalanın çoxluğu güvən sikkəsini qəlpləşdirir.
Bütün yalanlar bərabər doğulmur. Bəziləri məkrlidir. Prezident yalan danışa bilər, məkri malalamaq, xəcalətdən çəkinmək, rəqibə zərər vurmaq və ya ona rahatlıq vermək üçün…
Başqa bir prezident yalanı ali məqsədə xidmət edir. Bəzi hallarda, tarixçilər hətta prezidentin yalanını alqışlayırlar; ictimaiyyəti aldatmağa qərar verərkən, xoş niyyət güddüyünü əsas gətirirlər.
Con F. Kennedi 1962-ci ildə Kuba raket böhranını sona çatdıran müqavilə ilə bağlı Türkiyədə Amerika raketlərinin rolu haqqında ictimaiyyətə yanlış məlumat verib; nüvə müharibəsi riski ilə müqayisədə, bu, daha yaxşı idi.
1941-ci ildə Birləşmiş Ştatlar İkinci Dünya müharibəsinə qoşulmazdan əvvəl daha mürəkkəb bir nümunə meydana gəlib. Hitler Almaniyasının təhdid olduğunu ictimaiyyətə başa salmağa çalışarkən, prezident Franklin D. Ruzvelt bir alman sualtı qayığının ABŞ-a hücum etdiyini söyləyib, əslində, hadisə əksinə olub.
Müharibə dövründə, Uinston Çörçill deyirdi ki, həqiqət “çox qiymətlidir, amma onun həmişə yalançı örtüyü olmalıdır”.
Makiavelliçi aldadıcılıq çox vaxt müqavilə əldə etmək üçün sövdələşmədə strategiyanın bir hissəsi olur və Tramp bu sənətin ustası olduğunu iddia edir. Yəqin ki, elə bu, Şimali Koreya silahları, Avropa tarifləri və 2016-cı ilin prezident seçkilərinə Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi ilə bağlı yalanları izah edir. Ancaq onun yalanlarının (andiçmə mərasimindəki kütlənin böyüklüyü, qadınlara pul ödəməsi və ya FTB-nin sabiq direktoru Ceyms Kominin istefaya göndərilməsi) dövlət idarəetməsi ilə heç bir əlaqəsi yoxdur. Bu, başqaları və ictimaiyyətlə özünəməxsus manipulyasiyasıdır.
Prezidentin motivləri məkrli deyilsə belə, yalan danışarkən, ehtiyatlı olmalıdır. Yalanı ölkənin idarəetmə vasitəsi kimi istifadə etməzdən əvvəl, o, məqsədin əhəmiyyətini, ona nail olmaq üçün alternativ vasitələrin mövcudluğunu və aldadıcılığın səmərəli olub-olmayacağını nəzərə almalıdır.
Bir lider ictimaiyyəti nə qədər çox aldadırsa, güvəni daha çox dağıdır, dövlət institutlarını zəiflədir və zərərli presedentlər yaradır.
1941-ci ildə Ruzvelt yalanı Amerika xalqını qəflətdən oyandırmaq üçün nəzərdə tutulmuşdu, lakin Lindon B. Conson həmin yalandan 1964-cü ildə Konqresdən dəstək almaq üçün istifadə edib və bu, Vyetnam müharibəsinin dramatik artımına gətirib çıxarıb.
Təhlükə budur ki, liderlər bunu siyasi və ya şəxsi mənfəət üçün etdikdə, ictimai rifah naminə yalan danışdıqlarını iddia edirlər.
Conson Vyetnamı itirən adam kimi, qorxaq görünmək və ya təsvir edilmək istəmirdi. O, davamlı olaraq Amerika xalqına müharibədə saxta irəliləyiş barədə danışırdı. Conson, həmçinin müharibəni məhdudlaşdırmaq istəyirdi.
Məhdud müharibənin mənəvi üstünlüklərindən biri gərginliklə zəifləmənin, ziyanın qarşısının alınmasıdır. Ancaq bu cür müharibələr özünə blef elementini daxil edir. Düşmənlə sövdələşmədə etibarlılığı təmin etmək üçün prezident ictimaiyyətə (yanlış məlumatlandırmaya xidmət edən) optimizm “yedirtməlidir”.
Consonun vəziyyətində, bu imperativ şəxsi motivlərlə gücləndirilmişdi. 1968-ci ilə qədər insanlar onun yalançı olub-olmadığını demək dodaqlarının hərəkətini izləməli idi.
Sonda Conson yenidən seçilməmə qərarı verdi. Onun xələfi Riçard Nikson da Vyetnam müharibəsi haqqında, üstəlik, Kambocaya hücumla bağlı yalan danışırdı. Demokrat Partiyanın qərargahında baş vermiş oğurluqla bağlı rolunu təkzib edərkən də. Bu, nəhayət, Uotergeyt qalmaqalı ilə ortaya çıxdıqda, 1974-cü ildə Nikson prezidentliyə istefa etməmək məcburiyyətində qaldı və impiçmentdən yayındı.
Conson və Niksonun verdiyi ziyan yalnız prezidentliyə deyil, ictimai güvənə də aid idi. 1960-cı illərin əvvəllərində amerikalı seçicilərin dörddə üçü hökumətə inanmırdı. Növbəti onilliyin sonuna qədər bu tendensiya davam etdi.
Bəzi müşahidəçilər, özəl sektordakı iş təcrübəsinə əsasən, Trampın sadəcə vərdişkarlıqdan yalan danışdığını iddia edirlər. Digərləri yalanlarının tezliyi, təkrarlanması ilə bunun vərdiş olmadığını, həqiqətdə, dövlət təsisatlarına ziyan verən qərəzli siyasi strategiyaya olduğuna inanırlar.
Hər iki halda, Tramp mətbuat, kəşfiyyat orqanları və ABŞ Ədliyyə Nazirliyi kimi təsisatlara inamı öldürüb.
Post-Tramp dövründə Amerikada bu inam bərpa edə bilərmi?
Conson və Niksonun Gerald Ford və Cimmi Karterlə əvəzləndiyini xatırlamaq lazımdır, onlar daha dürüst idilər və 1980-ci illərdə Ronald Reyqanın rəhbərliyi ilə hökumətə güvən bir qədər artmışdı. Lakin yalanların həddindən çox sayı göstərir ki, ABŞ Donald Tramp kimi ikinci bir prezident görməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...