Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2008-ci ildə Rusiya ilə savaşdan qaçmaq üçün hər cəhdə əl atdığını söyləyib
Musavat.com xəbər verir ki, keçmiş prezident bununla əlaqədar “Exo Moskvı” radiostansiyasına müsahibə verib.
“Biz ruslarla müharibə etməmək üçün hər şeyi etdik. 2008-ci ilin fevralında mən Vladimir Putinlə görüşdüm. O mənə bunları söylədi:
“Uşaqlar, biz hazırda Kosovo ilə məşğuluq (həmin ilin fevralın 17-də Kosovo Serbiyadan ayrıldığını bəyan etmişdi). Bunun sizə dəxli yoxdur. Lakin biz cavab tədbirləri görməliyik. Bu, sizə bir qədər ağrı törədəcək. Lakin dediklərimiz hər şeyin bitməsi anlamına gəlməz. Bütün bunlar sizə deyil, sizin dostlarınıza qarşı olacaq...”.
O zaman mən ona bunu söylədim: "O zaman niyə adamlarınızı bizim aramıza soxursuz? Biz sizinlə NATO-dan, xarici hərbi bazalardan imtina etməyimiz haqqında memorandum imzalamağa hazırıq. Bunu əvəzində isə Rusiya və Gürcüstan arasında əbədi sülh haqqında saziş istəyirik. Gürcüstan heç vaxt sizə problem yaratmaz”,- prezident müsahibədə Kremlin sahibi ilə aralarında keçən dialoqu anladıb.
Mixail Saakaşvili Putinin cavabında “biz sizin ərazilərinizi geopolitik oriyentasiyanıza dəyişmirik” dediyini söyləyib.
Keçmiş prezident Vladimir Putinə məktub yazdığını da dilə gətirib.
O, Cənubi Osetiyanın ümumiyyətlə rusları maraqlandırmadığını, lakin Abxaziyanın həmişə Moskva üçün əhəmiyyət daşıdığını bildirib. Saakaşvilinin dediyinə görə, Gürcüstan tərəfi Rusiyaya Soçi olimpiadasına hazırlıqlara başladığı üçün Suxumi hava limanından, dəniz limanlarından, sanatoriyalarndan qeyri-məhdud şəkildə istifadə etməyi təkilf edib. Bundan başqa, rəsmi Tiflis həmin vaxt Moskvaya Suxumidə və ondan şimalda bütün hüquqlarını qanuniləşdirməyə razı olduğunu çatdırıb. Bunun əvəzində isə Saakşavili Rusiyadan 1993-cü ildə Abxaziyadan qovulan gürcü qaçqınlarının öz yurdlarına geri dönməsinə yardım göstərməsini xahiş edib.
Gürcüstanın keçmiş lideri münaqişənin önlənməsi ilə bağlı bütün cəhldərinin boşa çıxdığını təəssüflə qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...