Göyçə gölü (ermənilər "Sevan" adlandırır) pis idarəçilik və oliqarxların biznes maraqlarının qurbanına çevrilir
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Kimya-fizika institutunun baş elmi əməkdaşı Seyran Minasyan jurnalistlər üçün brifinqdə bəyan edib.
Ekspert son illərdə göldə su səviyyəsinin artmadığına diqqət çəkib. Onun sözlərinə görə, əgər 2002-2012-ci illərdə Göyçə gölündə su 3,5 metr artıbsa, 2012-ci ildən bu yana cəmi 25 sm qalxıb. Bunun nəticəsində Göyçədə aktiv bataqlaşma prosesi başlayıb və son 50 illə müqayisədə zərərli mikroyosunlar sürətlə yayılmağa başlayıb.
Bundan başqa, Göyçə gölündə suyun şəffaflığı da olduqca azalıb. 2012-ci ildə şəffaflıq 17-18 metr təşkil edirdisə, 2017-də bu rəqəm 9-10 metrin, bu il isə ümumiyyətə 3 metrin altına düşüb.
Minasyan bütün bunların gölün ekoloji vəziyyətinin bərbad şəkildə qorunması, həmçinin burada biznes və oliqarxların mənafeyinin daha çox güdülməsi ilə izah edib. Heç kimə sirr deyil ki, əgər göldə su səviyyəsi normal şəkildə qaxmasına imkan verilsəydi, sahili boyunca tikilən çoxlu sayda bağ evləri və istirahət mərkəzləri əslində suyun altında qalmalı idi.
Seyran Minasyan Ermənistan hakimiyyətinin 2012, 2014 və 2017-ci illərdə suvarmanı gölün suları hesabına həyata keçirməsini də göl üçün faciəli nəticələrə yol açdığını söyləyib. Həmin vaxtlarda Ermənistan Milli Elmlər Akademiyasının Göyçə gölü üzrə ekspert komissiyası suvarma işlərinin gölə heç bir zərər verməyəcəyi barədə rəy də veribmiş.
Minasyan onların rəyini yalan olduğunu, göldə komissiyanın elan etdiyi kimi +10 balans əvəzinə, -3 balansın təsbit olunduğunu qeyd edib. Bundan başqa Ermənistanda suvarma sistemi o dərəcədə pis gündədir ki, hələ rəsmi rəqəmlərə görə su itkisi 70-80% təşkil edir.
Ekspert Göyçədəki vəziyyətin fəlakətə yaxın olduğunu qeyd edərək, hətta qanunla yol verilən 170 milyon kub metrlik suvarmanın belə göl üçün məhvedici olacağını söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...