Rusiya sualtı qayıqlarının fəallığının artması səbəbilə, Böyük Britaniya və Norveçin silahlı qüvvələri əməkdaşlıq edəcək
Britaniya müdafiə nazirliyinə (MN) istinadla, xəbəri «Daily Telegraph» qəzeti yayıb.
«Britaniya və Norveç yeni üsullar arayacaqlar ki, onların köməyi ilə birlikdə dəniz kəşfiyyatının imkanlarından və qayıqlardan müdafiə sahil-patrul aviasiyasının imkanlarından istifadə edə bilsinlər, Şimali Atlantikada təhlükəsizliyi yaxşılaşdırsınlar və bununla da NATO-nun təhlükəsizliyini artırsınlar» – deyə, Böyük Britaniya müdafiə nazirliyinin rəsmi nümayəndsi bəyan edib.
Qəzetin məlumatına görə, Böyük Britaniya və Norveç «yenidən ortaya çıxmış, Rusiya hərbi-dəniz qüvvələrindən qaynaqlanan təhlükə ilə mübarizə aparır». Bu məqsədlə yeni sahil-patrul təyyarəsi üçün ümumi məşq və təmir bazalarının yaradılması nəzərdə tutulub».
Bundan əvvəl xəbər verilmişdi ki, Avropa sahillərində Rusiya sualtı qayıqlarının fəallaşması səbəbilə, NATO komandanlığı alyansın sualtı kommunikasiya xəttlərinin təhlükəsizliyindən narahatlıq keçirir.
Böyük Britaniya silahlı qüvvələrinin (SQ) Baş qərargah rəisi, aviasiya marşalı Stüart Piç bəyan edib ki, Rusiya tərəfdən sualtı rabitə kabellərinə potensial hücumun baş verəcəyi təqdirdə, ölkənin ticarətinə və internetinə «fəlakətli» təhlükə yarana bilər.
Rusiya tərəf isə bunu fantaziya adlandırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...