Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib
Avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.
“Səhər saat 14.00-da Səbail Rayon Məhkəməsində məhkəmə varmış. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur. Sabah biləcəyik” – deyə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı dünən axşam “Facebook”da yazıb.
O qeyd edib ki, nazirlikdən ona heç bir xəbərdarlıq daxil olmadığı halda, məhkəmədən bildiriş gəlib. “Hüquqlarımızı vəkil Elçin Sadıqov müdafiə edəcək” – deyə baş redaktor bildirir.
“Kanal13” televiziyasının aparıcısı İsmayıl İslamoğlu da bildirib ki, onu sabah Səbail Rayon Məhkəməsinə dəvət ediblər. O ehtimal edir ki, məhkəmə çağırışı saytın bloklanması ilə bağlıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...