ABŞ milii təhlükəsizlik müşaviri Con Bolton şərşənbə axşamı Şimali Koreyanı öz vədlərinə uyğun olaraq nüvəsizləşdirmə prosesində irəli getməməkdə ittiham edib
“Bizə artıq ritorika lazım deyil,” Bolton “Fox News” telekanalına müsahibədə deyib. “Bizə lazım olanı Şimali Koreyanın nüvəsizləşdimə istiqamətində fəaliyyətidir”. Bizə artıq ritorika lazım deyil. Bizə lazım olanı Şimali Koreyanın nüvəsizləşdimə istiqamətində fəaliyyətidir.
Ağ Ev rəsmisi deyib ki, Şimali koreya “sammitdən bəri bizim nüvəsizləşdirmə üçün vacib hesab etdiyimiz addımları atmayıb.” Bolton deyib ki, ABŞ Pxenyana sanksiyaları yüngülləşdirməyi nəzərdən keçirmir.
Müşavirin sözlərinə görə, Tramp bu günlərdə Kimə ünvanladığı məktubda ABŞ Dövlət katibi Mayk Pompeonu əlavə danışıqlar üçün Pxenyana göndərməyi təklif edib.
Tramp həmçinin Kim Cen Inla ikinci sammit keçirməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Cen Inla tarixi sammitdə yarımadanın nüvəsizləşdirlməsinə dair anlaşma əldə etmişdi.
Bu, ikinci dəfədir ki, Bolton Pxenyanın ləng addımları ilə bağlı narazılıq ifadə edir. Boltonun tənqidi ABŞ mediasının Şimali Koreyanın raketlər düzəltməkdə və pluton istehsalına davam etməkdə olduğu barədə xəbər veridiyi vaxta təsadüf edir.
Bundan əvvəlki müsahibədə Bolton Tramp administrasiyasında heç kəsin Şimali Koreyanın nüvəsizləşdirilməsinə dair xəyala qapılmadığını aydın etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...