Bu gün səhər saat 7 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 30-cu kilometrində, “Kürsəngi” qovşaq-körpüsünün altında ağır yol-nəqliyyat hadisəsi baş verib
Virtaulaz.org-un Şirvan bürosunun məlumatına görə, yolun kənarında dayanaraq təkər dəyişən Lənkəran şəhər sakini 48 yaşlı Bəxtiyar Xanoğlan oğlu Əzizovun idarə etdiyi “Mercedes Panorama E 240” markalı 99 XL 082 dövlət nömrə nişanlı avtomaşına Bakı şəhər sakini, 33 yaşlı Ramiz Vüsal oğlu Babayevin idarə etdiyi 99 BT 710 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını çırpılıb.
Hadisə nəticəsində avtomaşının təkərini dəyişən sürücü Bəxtiyar Əzizov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər avtomaşının sərnişini, 35 yaşlı Qaradağ rayon sakini Xəyal Əli oğlu Qasımov burun sümüklərinin sınığı diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...