Azərbaycanın 23 vətəndaşı 2018-19-cu tədris ili üzrə Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bu, Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsində mümkün olub.
Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 23 nəfər bu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University”, “Harbin Engineering University” kimi ali təhsil müəssisələrində logistika, proqramlaşdırma, ekologiya və mülki mühəndislik, biotexnologiya, ali təhsilin pedaqogikası, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (17 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ əldə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...