“AB Avropa biznesinin İranla əməkdaşlığını dəstəkləməlidir”
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Yeni Zelandiyanın xarici işlər naziri Uinston Petersenlə paytaxt Vellinqtonda görüş zamanı deyib.
“Biz İranın sazişdən (nüvə-red.) çıxmaması, İran və onun xalqının bu müqavilədən iqtisadi xeyir görməsi üçün əlmizdən gələni edirik. Biz əminik ki, sazişin qorunub saxlanması təkcə bölgəmiz üçün deyil, bütün dünyanın maraqlarına cavab verir”,- komissar Federika Mogerini bildirib.
Xanım Mogerini iqtisadi əməkdaşlığın nüvə sazişinin vacib hissəsi olduğunu vurğulayaraq Avropanın orta və kiçik şirkətlərini İrandakı fəaliyyətlərini gücləndirməyə çağırıb.
Qeyd edək ki, Donald Trampın İranla imzalanan nüvə sazişindən çıxmaq qərarını almasından sonra, avqustun 7-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ilk paketi qüvvəyə minib.
Avropa Birliyi isə öz növbəsində AB şirkətlərini Birləşmiş Ştatların sanksiyalarından qorumaq məqsədilə “blokedici status” tətbiq edib.
Bu statusa görə Avropa Bilriyi şirkətlərinə ABŞ-ın sanksiyalarına əməl etmək qadağan olunur. Bundan başqa, xarici məhkəmələrin (əsasən ABŞ məhkəmələrinin-red.) bəhs olunan problemlə ələqədar hər hansı qərarı Avropa Birliyi ərazisində qüvvəsi dayandırılır.
Lakin “Peugeot”, “Siemens” və “Total” kimi böyük şirkətlər indidən İrandan çəkildiklərini açıqlayıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...