ABŞ Konqresinin erməni məsələləri üzrə komitəsinin təşəbbüsü ilə Nümayəndələr Palatasının 48 üzvü prezident Donald Trampa məktubla müraciət edib
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, müraciətdə Donald Trampdan Ermənistanın yeni baş naziri Nikol Paşinyanı qəbul etmək xahiş olunur.
Siyahıda Palatanın xarici məsələlər üzrə komitəsinin sədri Ed Roysun da imzası var.
Ermənistanın amerikanşünas eksperti Alek Qalstyan Nümayəndələr Palatasının bu müraciətinin daha çox tövsiyə xarakteri daşıdığını, buna görə sənədin Tramp üçün hansısa məcburedici qüvvəyə malik olmadığını söyləyib.
ÐаÑÑинки по запÑоÑÑ us house of representatives
Qalstyan müraciət edənlərin arasında xeyli demokrat deputatın olduğuna diqqət çəkib. Bunlaırn arasında Donald Trampa qarşı qatı müxalif olan və onun impiçment olunmasına çalışan Adam Şiff kimi konqresmen də var.
Alek Qalstyan görüşün baş tutması ehtimalına görə erməni tərəfinin müzakirə ediləcək məsələlərə diqqətlə hazırlaşmalı olduğunu qeyd edib.
Erməni ekspert xüsusilə ABŞ-Türkiyə münasibətlərində Ermənistanın xeyrinə gəlişmələr baş verdiyini bildirərək İrəvanın bununla bağlı çox şey təklif edə biləcəyini bildirib.
“Azərbaycanla bağlı məsələ daha qəlizdir. Azərbaycan və ABŞ enerji sahəsində, Əfqanıstana tranzit marşrutlar məsələsində ciddi əməkdaşlıq edirlər. D.Tramp heç bir centlmen anlaşmasına əməl etmədiyini çoxdan sübuta yetirib və hətta Azəbaycanla hərbi-texniki əməkdaşlığa belə gedə bilər. Bu isə Ermənistan üçün olduqca pis nəticələr vəd edir”,- Qalstyan söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...