Lənkəranda polis əməkdaşı rayon sakinini boğulmaqdan xilas edib
DİN-dən verilən məlumata görə, hadisə Lənkəran rayonun Ürgə kəndində baş verib.
Ürgə kəndinin sakini Ramil Mirzəyev Veravul çayının kənarında olarkən ayağı büdrəyərək çaya yıxılıb. Ətrafdakıların cəhdlərinə baxmayaraq həmin şəxsi çaydan çıxarmaq mümkün olmayıb. Bu vaxt ərazidə xidmət aparan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin polis nəfəri, polis kiçik serjantı Taleh Fərzili kənd camaatının səsini eşidərək həmin səmtə gələrək boğulmaqda olan Ramil Mirzəyevi yıxıldığı bataqlıqdan çıxarıb. Daha sonra ona süni nəfəs verib və ilkin tibbi yardım göstərərək hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verib.
MilliYol.Az
Digər xəbərlər
loading...