Adnan Oktar qrupuna yönəlmiş əməliyyat davam edərkən şikayətçi və etirafçıların sayı 100 nəfərə yaxınlaşıb
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qrupun azadlıqda qalan üzvləri sosial media vasitəsilə şikayətçi və etirafçıları susdurmaq üçün təbliğat aparır, cinayət əməllərinə bu formada davam edirlər. Başda Adnan Oktarın sağ qolu Tarkan Yavaş olmaq üzrə qrupun qaçaq olan 53 üzvü haqqında isə genişmiqyaslı axtarışlar davam edir. Bəzi zərərçəkənlərin ifadələrində A.Oktarın dini degenerasiya etmə üsulları haqqında ilginc detallara yer verilir.
Cinayətkar dəstənin rəhbəri A.Oktar müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdə yazılan hökmləri istədiyi kimi dəyişdirib, dini qaydaları kefinə görə formalaşdıraraq təşkilat üzvlərinin də buna uymasını təmin edib. Cinayətkar təşkilata yönəlmiş istintaq çərçivəsində ifadə verən bir zərərçəkən isə deyib ki, Oktar dini özünə görə dəyişdirib, bir çox əxlaqsız fikri isə dinin hökmüymüş kimi təqdim edib.
"BİKİNİ QAPALILIQ ÜÇÜN YETƏRLİDİR”
Zərərçəkən H.U. isə ifadəsində inanılmaz şeylər danışıb: “Adnan Oktarın təhrif etdiyi Quran hökmlərində qeyd edilir ki, namaz cəmi iki dəfə qılınmalıdır. Onun yanındakı insanlar da namazı məhz bu şəkildə qılırdılar. Deyirdi ki, namazda Quran ayələri oxunmamalıdır, sadəcə təsbeh çəkmək yetərlidir. Bundan başqa, dəstəmaz zamanı ayaq yuyulmamalıdır, quru şəkildə silinməli, baş da quru şəkildə silinməlidir. Baş örtüyünün də Quranda olmadığını, bikininin də qapalılıq üçün yetərli olduğunu deyirdi.
İKİ BACI İLƏ EVLİDİR
Öz qrupundan yüzlərlə qızı öz aləmində imam nikahı ilə alıb. İki dogma bacı ilə eyni anda evlidir və bu, Quranda açıq şəkildə qadağan olunsa da, yenə də öz məntiqi ilə bir açıqlama verir. Anası gənc olan qızların analarını (məsələn, cariyə olaraq aldığı T.B. və M.G.-nin analarına da “sevgilim” deyə müraciət edər) boyunlarından nəbzlərinə qədər süzür, onlarla flirtoz şəkildə danışırdı.
YÜZLƏRLƏ QADINLA SÖZDƏ EVLİDİR
A.Oktar Quranda halal olan evlilik kimi anlayışları tamamilə qadağan edib. Özünün xaricində heç kimin evlənməsinə əsla icazə verməz. Özü də imam nikahı ilə evlənir. Qızlardan “səni aldım, qəbul etdinmi”, yanındakı 2 nəfərdən də “siz də şahid oldunuzmu” deyə soruşur, bu şəkildə nikah baş tuturdu. Aldığı insanları isə həyat yoldaşı kimi yox, cariyə kimi alır və elə qəbul edir. Evlənməkdə özü üçün bir say sərhədi yoxdur. Yüzlərlə qadını cariyə olaraq alıb.
"QURBAN KƏSMƏYƏ İNANMAZ”
Şərab və sampan xaricində bütün içkilərin halal olduğunu deyir. Yayım günləri də daxil olmaq üzrə hər gün viski və araq içər. Yalançı şahidlik Qurana görə yasaq olsa da, qrup daxilində bunu tez-tez edirlər. Qurban kəsməyə inanmaz, Allahın Quranda Hz. İbrahimin Hz. İsmayılı qurban edərək, sınaqdan çıxarılması hadisəsini aşağıdakı kimi şərh edir: “Əslində Allah Həzrəti İbrahimə Həzrəti İsmayılın sevdiyi bir quzunu qurban etməsini söylədi. Quranda kəsilməsindən bəhs edilən Həzrəti İsmayıl yox, onun quzusudur. O da bütün müsəlmanlar üçün vacib deyil, sadəcə, o olay üçün keçərlidir.
"AYƏLƏRİ ÖZÜ ÜÇÜN TƏTBİQ EDİR "
Quranda peyğəmbərə itaət edilməsi ilə bağlı bütün ayələri özü üçün tətbiq edib. “Peyğəmbərə itaət Allaha itaətdir” ayələri Adnan Oktar üçün tətbiq edilir. Özünə itaət edilməsini gözləyir, ondan icazə almadan heç kim heç yerə getməz. Hər kəs ailəsinə baş çəkmək istəyəndə (bəzi insanların ailəsi ilə arasını pozub, görüşmələrini qadağan edib), işlə bağlı harasa gedəndə, ya da şəhər xaricinə çıxanda bu barədə Adnan Oktara məlumat verilir, ondan icazə alınırmış.
Qrup üzvləri bir şey satın alanda da mütləq Adnan Oktardan icazə alırlar. Qızların (bayırda çalışan qızlar xaric) təkbaşına bir yerə getmələri qadağandır. Bayırda çalışan qızlar da ailələrinə gedəndə yanlarında şahid deyilən ən azı bir nəfərlə gedərlər. Önəmli hesab etdiyi və qaçma ehtimalı olan qızların yanına 2 şahid verib göndərir”.
MilliYol.Az
Digər xəbərlər
loading...