ETA separat qruplaşmasının üzvləri tərəfindən İspaniyada 2009-cu ildə həyata keçirilmiş terror aktının təşkilatçısı Mikel Kabikoys Karrera Sarobe 3498 il müddətinə həbs cəzası ala bilər. Bu haqda ABC qəzeti bildirib.
2009-cu ilin iyulunda içində 700 kiloqram partlayıcı maddə olan avtomobil Burqos şəhərində mülki qvardiyanın kazarmalarının yanında partladılıb. Partlayış 263 qvardiyaçı və onların ailə üzvlərinin yaşadığı binanın fasadını tamamilə dağıdıb. Ancaq terror aktı zamanı onlardan bir çoxu yay məzuniyyətində olub. Terror aktı zamanı heç kim həlak olmayıb, amma təxminən 150 nəfər, həmçinin 41 uşaq yaralanıb.
Mikel Karrera terror aktının həyata keçirdiyi vaxt ETA-nın hərbi qanadın rəhbəri idi. Prokurorluq hesab edir ki, həmin vaxt Fransada olan Mikel Karrera terror aktının keçirilməsi barədə təlimat verib.
Onun üzərində məhkəmə bu gün başlanır. Prokurorluq terror aktı nəticəsində yaralanan 145 nəfərin hər birinə görə Mikel Karreranın 24 il, dəyən zərərə görə isə əlavə olaraq 18 il müddətinə azaqlıqdan məhrum edilməsini tələb etmək niyyətindədir.
2013-cü ilin dekabrında məhkəmə “Otasua komandası”nın üzvləri - Danielyu Pastora, İniqo Sapiraynu və Beatris Etçeberriayanın hər birini 3860 il həbs cəzasına məhkum edib.
Mikel Karrera 2010-cu ilin mayında Fransada həbs edilib və 2013-cü ildə mülki qvardiyanın iki əməkdaşının qətlinə görə ömürlük həbsə məhkum edilib. Fransa bu ilin martında onu İspaniyaya ekstradisiya edib. (publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...