Haber7 (Türkiyə), 06.08.2018
Türkiyə barter ticarətinə başlayır. Yeni sistem iqtisadiyyatda xarici valyutaya tələbatı azaltmaq, habelə ixracat artımını təmin etmək imkanı verəcək.
Türkiyə milli valyutalarla ticarətin ardınca dollara qarşı daha bir yeni modelə keçir. Türkiyə xarici valyuta kurslarının son zamanlar baş verən spekulyativ artımının iqtisadiyyata təsirini zəiflətmək və xarici ticarətdə xarici valyutalardan istifadəni cüziləşdirməkdən yana barter sövdələşmələri praktikasına başlayır. Mal və xidmətin birbaşa mübadiləsini nəzərdə tutan barter ticarəti sayəsində iqtisadiyyatda xarici valyutaya tələbat azalacaq.
Analiz aparılır
Türkiyə hökumətin 100 günlük fəaliyyət proqramında diqqət ayrılan bu sistem vasitəsilə, bir tərəfdən, xarici valyutadan istifadə etmədən ticarət apara, digər tərəfdən, maliyyə çətinlikləri hiss edən ölkələrə öz ixracatını çoxalda bilər. Ticarət Nazirliyi belə barter sövdələşməsinin başlanması üçün ölkəbəölkə analiz aparır.
Nazirlik İran və Rusiya ilə ticarətdə malların qarşılıqlı hesablanması praktikasını artıq tətbiq edib. 2008-ci ilədək müxtəlif ölkələrlə ticarətdə bu sistemi işlətməklə xarici ticarətin, təxminən, 2%-i (3,5 milyard dollar) gerçəkləşdirilib. barter ticarəti İrana münasibətdə sanksiyaların qüvvədə olduğu dövrdə ən çox sevilən üsul kimi əksilməyə gedib.
Afrika və Orta Asiya
Qeyd olunur ki, barter ticarəti baxımından Türkiyə üçün ən uyğun bazarlar Afrika və Orta Asiyadır. İxracat Bankı artıq bu mövzuda araşdırma aparıb. Afrika ölkələrində “xammal əvəzində maliyyələşmə” modelində pul alətlərindən istifadəylə ticarət aparılması mümkün olmayan bazarlara ixracatın artırılması planlaşdırılır. Dünyada barter ticarətini gerçəkləşdirən ölkələr çoxdur. Xüsusən də Çin öz şirkətlərinin bacarıqlı fəaliyyəti sayəsində Afrika ölkələrindən mineral və təbii resursları alır, əvəzində özünün inşaat şirkətləri vasitəsilə infrastruktur, yol, hidrotexniki qurğuların inşasıyla bağlı layihələri gerçəkləşdirir. Çin hökuməti Afrika bazarında barter sövdələşmələrini həyata keçirmək üçün şirkət qurub.
Xammal əvəzində infrastruktu
Türkiyənin xarici valyutadan asılılığını azaltamağa yönəlik praktikadan istifadə etməklə ticarət əməliyyatlarında milli valyuta vahidi, ya da xarici valyuta işlədilməyəcək. Alınan malı başqasına dəyişmək mümkün olacaq. Ya da Türkiyə idxal edilən malın əvəzində müəyyən bir ölkədə infrastruktur işlərini öz üzərinə götürə bilər.
Oxucuların şərhi:
Misafir: Yönəltməyi öyrənsək, yaxşı sistemdir.
enta: Maraqlıdır, görülən işin, ya alınan malın dəyəri nədən çıxış etməklə hesablanacaq?
Bulənt: Yuan dollara alternativə çevrilsə, ABŞ-ın sonudur.
Gənçli: Xarici valyutaya tələbatı əyləmək imkanı verən mövcud bütün variantları ciddi nəzərdən keçirmək və gerçəkləşdirmək gərəkdir. Buna nail olsaq, dolların belini qırarıq.
Zzzzzz: Xaricdən gələn malları özümüz istehsal etməyə başlasaq, onda xarici ticarət kəsiri olmayacaq. Hamısı Çin istehsalıdır.
F.Ç.: Avtomobillər, mobil telefonlar, proqram təminatı, kənd təsərrüfatı, təhsil və elm. Burada yüksəklikdə olan ölkələr inkişaf edir. Həmişəlik həll resepti – istehsal, istehsal və yenə də istehsaldır.
kapi: Mübadilə məntəqələrini bağlayın.
İsa: Yaxşı sistemdir, qoy tezliklə həyata keçsin.
mert: Amerika dollar vasitəsilə Türkiyəni, az qala, istismar edir. Dollarla ticarətə mümkün qədər tez son qoymaq gərəkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...