Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək
Virtualaz.org bildirir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.
"Qarabağ" komandası Belarusun BATE komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
Xatırladaq ki, Ağdam təmsilçisi bunadək Sloveniyanın “Olimpiya” və Albaniya “Kukesi”sini mübarizədən kənarlaşdırıb. BATE isə Finlandiyanın HİK kollektivindən üstün olub.
Onu da qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
MilliYol.Az
Digər xəbərlər
loading...