Qazaxıstanda xalqın dövlətdən icazə ala bilmədiyi üçün şəxsi imkanları çərçivəsində tikdiyi məscidlər sökülə bilər
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Çimkənd şəhəri və Türküstan bölgəsində belə məscidlərin sayı 800-ə yaxındır.
Qazaxıstan Şəhərsalma və Tikinti Planlanma İdarəsinin məlumatına görə, son 13 ildə cəmi 8 məscidin inşasına rəsmi icazə verilib. Digər məscidlər isə qeyri-qanuni tikinti adlandırılıb.
Qeyd edək ki, apreldə ibadət mərkəzləri ilə bağlı qanuna edilən dəyişikliklərdə məktəblərə 300 metr məsafədəki məscidlərin sökülməsi barədə də qərar verilmişdi.
Digər xəbərlər
loading...