İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini alqışlayıb və Avropa ölkələrini də eyni addımı atmağa çağırıb
Oxu.Az xəbər verir ki, Birləşmiş Ştatların nüvə sazişini tərk etməsi ilə səciyyələnən sanksiyaların ilk hissəsi avqustun 6-dan 7-nə keçən gecə (Bakı vaxtı ilə saat 08:00-da) bərpa olunacaq və dərhal da qüvvəyə minəcək.
İranın energetika sahəsinə və neft sazişlərinə yönələn sanksiyaların ikinci paketi isə noyabrın 5-də reallaşacaq.
“Donald Trampın və Amerika administrasiyasının İrana qarşı sanksiyaların tətbiq edilməsi haqqında qərarını alqışlayıram. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün çox vacibdir.
Qərar İranın regional təcavüzünü dayandırmağa və nüvə silahı əldə edilməsinə hesablanan planlarının qarşısını almağa dair qətiyyətliyi nümayiş etdirir.
İranın dayandırılması haqqında söz açan Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Danışıq dövrü bitdi, artıq əməl zamanıdır. ABŞ-da belə edirlər, Avropada da belə etmək lazımdır”, - Netanyahu bəyan edib.
Digər xəbərlər
loading...