2015-ci ildən etibarən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə ölənlərin sayə 50 mini keçib
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Qəzet yazıb ki, öldürülənlərin sayının durmadan artmasına baxmayaraq rəsmi məlumatlarda ölənlərin sayı 10 min olaraq göstərilir:
“Səudiyyə Ərəbistanı rejimin rəcavüzü nəticəsində Yəməndə sivillər bombaların altında qalır, kütləvi xəstəliklərdən ölürlər. Amma görünən budur ki, ölənlərin sayı hələ də sabit qalıb. Bu, bilərəkdən belə təqdim edilir”.
BMT hələ 2016-cı avqustunda 10 min nəfər öldüyünü, hətta həqiqi sayın daha çox ola biləcəyini açıqlamışdı.
Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb.
Digər xəbərlər
loading...