Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb
Strateq.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədləri təmir ediləcək:
“Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər, təxminən, 3-4 saat müddətində yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”.
MilliYol.Az
Digər xəbərlər
loading...