Amerika Birləşmiş Ştatları (ABŞ) məhkəməsi Tramp administasiyasına hədd-buluğa çatmadan ABŞ-a gəlmiş miqrantların deportasiyadan müdafiəsi barədəki ləğv olunmuş proqramın barpa olunması tapşırığını verib
İndi Kolumbiya ştatı məhkəməsinin (hakim Con Beyts) bu qərarından şikayət vermək üçün Ağ Evin sərəncamında 20 gün qalır. Əks təqdirdə, «Deferred Action for Childhood Arrivals» (DFCA) proqramı bərpa olunmalıdır.
Hakim qərarında göstərib ki, eks-prezident Barak Obama tərəfindən proqramın dayandırılması «qeyri-qanuni» və qeyri-konstitusion sayılır.
Beyts qeyd edib ki, hazırkı hakimiyyət müəyyən olunmuş müddətdə DACA-nın ləğv olunması barədəki qərarı izah edə bilməyib. Bu barədə hakim hələ cari ilin aprelində sorğu edibmiş.
Əgər hakimiyyət apellyasiya şikayəti verməsə, o zaman proqramın ləğv olunması barədə administrasiyanın sərəncamı sıfırlanacaq, daxili təhlükəsizlik nazirliyi isə proqramın bərpası səbəbilə, yenidən əcnəbilərdən sifarişlər qəbul etməyə başlayacaq. (azpolitika.info)
Digər xəbərlər
loading...