Son 7 ayda Gürcüstana səfər edən xarici ölkə vətəndaşları arasında azərbaycanlılar sayca üstünlük təşkil edib
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin sədri Georgi Covadze məlumat verib. Onun sözlərinə görə, bu müddət ərzində Gürcüstana 4,6 milyon beynəlxalq turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.
Gürcüstana səfər edənlər arasında Azərbaycandan sonrakı yerlərdə Rusiya (24,1 faiz), Türkiyə (20,4 faiz) və Ermənistan (2,1) vətəndaşları qərarlaşıb.
Qeyd edilib ki, Gürcüstanın 2018-ci ildə turizm gəliri 1,6 milyard dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə turizm gəlirləri 305 milyon dollar (28,9 faiz) artıb.
Digər xəbərlər
loading...