Çərşənbə axşamı, 16 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Ekspert: “Paşinyanın tam legitimliyi yoxdur“


Rusiyanın Strateji Araşdırmalar İnstitutunun eksperti Konstantin Tasits Oxu.Az-a müsahibə verib

- Yaxın günlərdə Nikol Paşinyanın Ermənistan baş naziri postuna seçilməsinin 100 günlüyü tamam olacaq. Bununla əlaqədar Ermənistanın hökumət başçısı tərəfdarlarını “Facebook” üzərindən mitinqə çağırıb.

Paşinyan xüsusilə qeyd edib ki, mitinqlərdə xalqla görüş üçün çox darıxıb. Siz Ermənistan hökumətinin ölkənin əhalisi ilə bu formatda əlaqələrini necə qiymətləndirirsiniz? Paşinyan bununla Kremlə xalqın onu dəstəklədiyini nümayiş etdirmək istəyir?

- Mənə elə gəlir ki, mitinq Ermənistanın daxili siyasi konteksti ilə daha çox bağlıdır. Növbədənkənar parlament seçkiləri keçirilməyənədək Paşinyan tam legitim olmayacaq. Onun əsas dəstəyi onu bu posta gətirən küçədəki xalqdır. 

Erməni baş nazir atdığı ilk addımların müsbət və doğru olduğu ilə bağlı xalqın həqiqi dəstəyini qazanmağa çalışır. 

- Ermənistanın yeni baş naziri ölkədə korrupsiya elementləri ilə mübarizə istiqamətini götürüb. Bundan başqa, 2008-ci ildə baş verən hadisələr səbəbindən sabiq prezident Robert Koçaryanı həbs edib.

Analoji vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu da gözləyə bilər. Nikol Paşinyan bu istiqamətdə - hakimiyyətdəki Qarabağ klanının aradan qaldırılması istiqamətində nə qədər gedə biləcək? Onun hakimiyyətindən daha hansı islahatlar gözləmək lazımdır?

- Hazırkı dövrdə əvvəlki hökumətdəki cinayətlərin ifşası Ermənistanın yeni rəhbərliyinin populyarlığının saxlanmasına kömək olur. O, xalqın hakimiyyət dəyişikliyi ilə bağlı tələbini yerinə yetirir. Bu, etiraz aksiyalarında əsas tələblərdən biri idi. 

Bununla yanaşı, yaxın vaxtlarda hər hansı struktur islahatlarını gözləmək lazım deyil. Paşinyan isə qarşısına növbədənkənar seçkilərə hazırlığı prioritet tapşırıq kimi qoyub. Onun proqramında inkişafın əsas istiqamətləri göstərilib, ancaq konkret fəaliyyət proqramı yoxdur. 

- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni hökumətinə qarşı kəskin tənqidlə çıxış etdi. O bildirdi ki, Ermənistandakı hadisələr respublika rəhbərlərinin təminatları ilə ziddiyyət təşkil edir.

Bu, sabiq hökumət üzvlərinin təqibinə də aiddir. Bundan başqa, Moskva son aylar Yerevanın yeni xarici siyasət kursuna dəfələrlə narazılıq edib. Kreml və Ermənistan arasındakı münasibətlər nə qədər gərginləşə bilər?

- Səhv etmirəmsə, bu, Ermənistanda baş verən hadisələrə Rusiya rəsmiləri tərəfindən ilk belə açıqlamadır. Görünür, birinci şəxslərə qarşı təqiblər siyasi anlayışa sahib olmaya bilməz. Və Moskva da gələcək qeyri-sabitliklərdən narahatlığını ifadə edir. 

Hökumət dəyişikliyindən sonra Ermənistanda hakimiyyətə yeni insanlar gəldi və etimadsızlıq məsələsi ortaya çıxdı. Bu vəziyyətdə tərəflər bir-birinin narahatlıqlarına qulaq asmalıdır və dialoqa maksimum dərəcədə açıq olmalıdırlar. 

- Nikol Paşinyanı Gürcüstanda korrupsiyaya müharibə elan edən və Qərbə inteqrasiya yolu tutan yeni Mixail Saakaşvili adlandırmaq olar?

- Korrupsiya ilə sərt mübarizənin gücləndirilməsi baxımından Paşinyanla Saakaşvili arasında ortaq xətt var. Ancaq biz hələ xarici siyasət kursunda radikal dəyişiklik müşahidə etmirik. Ermənistan çoxvektorlu siyasətini davam etdirməklə, Rusiya kimi Qərblə də əlaqələri gərginləşdirir. 

- Baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?

- Hər hansı bir uzunmüddətli hərbi münaqişənin həlli çox mürəkkəb məsələdir və xüsusi şəxslərlə bağlıdır. Ölkənin liderləri nəinki öz mövqelərini, həmçinin öz dövlətlərinin və cəmiyyətinin mövqeyini səsləndirir. Hazırkı dövrdə Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycanın baxış bucağı fərqlidir. 

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasındakı görüş göstərdi ki, tərəflər yenidən əlaqələr və dialoq qurmalı, danışıqlar prosesinin detallarını müzakirə etməlidirlər.
Etiket:

loading...