Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayıb
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Penitensiar xidmətin sabiq qarovul rəisi Ceyhun Səmədov bildirib ki, 2 azyaşlı uşağı var.
Penitensiar xidmətin sabiq qaravol rəis müavininin Fuad Hacıyevin 3 azyaşlı, qarovul rəisinin digər sabiq müavini Tural Polatxanovun 1 azyaşlı uşağı, Penitensiar xidmətin Konvoy taborunun sabiq komandiri Bəhruz Abdullayevin 2 uşağı, Əli Ağaminin 2 azyaşlı uşağı, taksi sürücüsü Məhəmməd Hacıyevin 3 uşağı, İsrəfil Soltanovun 2 uşağı və Anar Əsgərovun 3 uşağı olduğu elan olunub.
Günay Atakişiyeva, Tərlan Zeynalov və Şahmar Bəyəlizadə isə subay olduqlarını söyləyiblər.
Müğənni Fədayə Laçın qeyd edib ki, 1976-cı ildə Laçın rayonunda anadan olub, 24 yaşlı oğlu var. O bildirib ki, əvvəllər həbsdə olmayıb.
Daha sonra təqsirləndirilən Aqil Nəcəfovun vəkili vəsatət qaldırıb. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsinin istəyib.
Digər təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova vəsatət qaldıraraq, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını tələb edib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.
Digər xəbərlər
loading...