“Əl-Qaidə” terror təşkilatının banisi və lideri Usama ben Ladenin anası Aliya Qanem Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibə verib
Oxu.Az bununla bağlı Gazeta.ru saytına istinadla xəbər verir.
Hazırda onunla birlikdə Ciddə şəhərində terrorçunun qardaşları Əhməd və Həsən, eləcə də, ikinci əri Məhəmməd əl-Attas yaşayır.
11 sentyabr hadisələrindən 17 il keçməsinə baxmayaraq, Umama ben Ladenin ailəsi Səudiyyə cəmiyyətinin nüfuzlu hissəsi olaraq qalır.
“O, məndən çox uzaqda olduğu üçün həyatım çox çətin olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”, - ana deyib.
Aliya Qanem bildirib ki, onun ikinci əri Usamanı üç yaşından böyüdüb.
“The Guardian” qeyd edib ki, Usama ben Ladenin ailəsi krallığın ən varlı ailələrindən biri olaraq qalır.
Uzun illərdir Aliya Qanem və ailəsi ben Laden barədə şərh verməkdən boyun qaçırırdılar. Qadın nə ben Ladenin “Əl-Qaidə” qruplaşmasına 20 illik rəhbərliyi, nə də ölümündən sonrakı 10 illik bir dövr ərzində heç vaxt müsahibə verməyib
Qeyd edilib ki, Səudiyyənin nüfuzlu ailələrindən olan Ben Laden ailəsinin yerdəyişməsi və fəaliyyəti hələ də nəzarətdə saxlanılır. Məhz buna görə də müsahibə almaq üçün icazə almaq lazım idi. İcazəni Səudiyyənin 32 yaşlı şahzadəsi Məhəmməd ibn Salman verib.
Usama ben Ladenin ailəsi hökumət rəhbərlərinin iştirak etdiyi müsahibədə ehtiyatını saxlayır.
Ana ilk övladı olan Usama ben Ladeni utancaq və dərslərini oxuyan biri kimi xatırlayır. Onun sözlərinə görə, universitetdəki insanlar onu dəyişdi və o, başqa insan oldu.
“O, yaxşı uşaq idi, universitet vaxtı qarşısına çıxan şəxslər onun beynini yudu. Ona dedim ki, həmin insanlardan uzaqlaşsın, o, heç vaxt mənə etdikləri ilə bağlı danışmırdı, çünki o, məni çox sevirdi”, - Aliya Qanem deyib.
Ana qeyd edir ki, onun tanış olduğu adamlardan biri Abdulla Azzam idi. O, həmin vaxt “Müsəlman Qardaşları”nın üzvü idi. Bir müddət sonra o, Səudiyyədən qovuldu və Usama ben Ladenin müşaviri oldu.
1980-cı illərin əvvəlində ben Laden Əfqanıstana yollandı.
Ananın sözlərinə görə, heç vaxt onun cihadçı olacağı ağlına belə gəlməzdi. Oğlunun kim olduğunu biləndə isə çox təəssüfləndi.
“Artıq 17 il keçib, ancaq o, hələ də Usamanı təkzib edir. O, Usamanı elə çox sevirdi ki, oğlunu günahlandırmaqdan imtina edirdi. Onun yerinə isə ətrafdakıları ittiham edir. O, ancaq həmin oğlanın yaxşı tərəfini bilir”, - Əhməd deyib.
O bildirib ki, 11 sentyabr hadisələri baş verən vaxt bunun Usama tərəfindən törədildiyini bildirdi.
“Mən çox sarsılmışdım. Bu, çox qəribə hisslər idi. Biz ilk 48 saatda bunun Usama tərəfindən törədildiyini öyrəndik”, - Əhməd əlavə edib.
Ailə üzvlərinin sözlərinə görə, sonuncu dəfə onlar Usamanı 1999-cu ildə Əfqanıstanda görüblər.
Digər xəbərlər
loading...