Mərkəzi Afrika Respublikasında öldürülən Orxan Camal və daha 2 həmkarının qətlə yetirilməsi ilə bağlı yeni faktlar üzə çıxıb
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, onlardan yalnız Orxan Camal ərəb dilini bilib. Bu dil isə Mərkəzi Afrikanın bəzi regionlarında geniş yayılıb.
Araşdırma İdarəsi Mərkəzinin rəhbəri Andrey Konyaxin ölən jurnalistlərin yerli sanqo yaxud fransızca danışa bilmədiklərini xatırladıb.
“Orxan bir az ərəbcə və bir az ingiliscə danışa bilirdi. Aleksandr Rastorquyev yalnız rusca, Kiril Radeçnko isə rus və ingilicə yaxşı danışırdı”.
Bəzi Mərkəzi Afrika KİV-i isə ölənlərin onları güllələyən quldurları anlaya bildiklərini yazır. Bunu hadisə zamanı sağ qalan sürücü jurnalistlərə danışıb.
Gələn məlumatlara görə, jurnalistlər səfərdən öncə, Mərkəzi Afrikadakı müsəlmanlardan ibarət “Seleka” qruplaşması ilə sıx münasibət qurublar və çəkiliş aparacaqları ərzində təhlükəsizlik tədbirləri ilə maraqlanıblar.
Digər xəbərlər
loading...